RU

Moskvaya yaxşı, Kiyevə pis xəbər Vəziyyət dəyişir

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İsrail və İran arasındakı münaqişə Ukraynaya pis, Rusiyaya isə yaxşı xəbərlər vəd edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb.

Bildirilib ki, Qərb ölkələri, xüsusən də ABŞ Kiyevə silah tədarükünə böyük məhdudiyyətlər tətbiq edə bilər:

“Neftin qiyməti kəskin artaraq Rusiyaya daha çox gəlir gətirir. Bundan başqa, Moskva beynəlxalq siyasi çəki qazanaraq özünü İranla vasitəçi kimi təqdim edir”.

Qeyd edək ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin sözügedən münaqişədə vasitəçilik edə biləcəyini açıqlamışdı.

Xatırladaq ki, ötən günlərdə Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu, İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
globalinfo.az

2Источники