RU

Sabah ın potensial rəqiblərinin sayı 4 ə endi Yenilənir

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik olan komandalardan birinə rəqib olacaq. Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı 8-dən 4-ə eniib.

"Sabah"ın 4 potensial rəqibi

"Şaxtyor” (Donetsk, Ukrayna)

"Spartak" (Trnava, Slovakiya)

 "Sele" (Sloveniya)

“Şerif” (Moldova) 

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
qol.az

10Источники