RU

Karateçilərimizdən Kişineuda 6 medal

Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində 6 medal qazanıblar.

Deflimpiya Komitəsinin mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, turnirdə 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla, ümumilikdə 16 nəfər yığmamızı təmsil edib.

287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. Elnur Qasımzadə (67 kq) qızıl, Hikmət Ağayev (60 kq), Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli, Elmin Hüseynli (hər ikisi 84 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında mübarizə aparıblar.

İdman.biz

Избранный
3
4
idman.biz

8Источники