GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Hazırda İran və İsrail arasında davam edən qarşıdurma təkcə iki ölkəyə deyil, bütün regiona mənfi təsir göstərir. Vəziyyət yaxşı deyil”.
Bu sözləri Globalinfo.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, övladları və nəvələrinin İsraildə yaşadığını bildirib:
“Gün ərzində hər biri ilə 3-4 dəfə əlaqə saxlayıram. Onlar vəziyyətə alışdıqlarını deyərək məni sakitləşdirməyə çalışırlar. Amma şəraitin nə qədər çətin olduğunu bilirəm. Böyük oğlum ailəsi ilə birlikdə Tel-Əvivdə yaşayır. Yaşadıqları ərazidə demək olar ki, hər gün raket atılır. Çağırış siqnalı eşidilən kimi sığınacağa enirlər.”
Həmçinin oxuyun:
Gültəkin Hacıbəyli Antarktidaya gedir – Pinqivinlərin qanadlarının altına baxacaq…
N.Cəfəroğlu hazırda övladlarının işə getmədiklərini vurğulayıb:
“Lazım olanda evdən çalışırlar. İnternet və telefon xətti işləkdir. İki oğlum Beer-Şeva şəhərindədir. O tərəfə hələlik raket atılmayıb, vəziyyət bir qədər rahatdır. Onlar həyət evində yaşayırlar və xüsusi qoruyucu otaqları var. Siqnal verilən kimi həmin yerə keçirirlər. Artıq neçə ildir belə gərgin şəraitdədirlər”.
Hüquq müdafiəçisi qeyd edib ki, müharibənin qarşısının alınması üçün diplomatik səylər vacibdir:
“Münaqişəyə son qoyulmalıdır. Çünki hər iki tərəfdən də günahsız insanlar həyatını itirir. Rusiya deyil, Azərbaycan və Türkiyə bu məsələdə vasitəçilik edə bilər. Həm gücləri, həm də həmin ölkələrdə söz haqları var. Savaşın bizə də təsiri mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.