RU

Agentlik rəsmisi müəllimlərin seçimindən danışdı

BAKI, 17 iyun. TELEQRAF

“Sertifikasiya müəllimlərin səriştəsinə görə seçim prosesidir"

Teleqraf xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə səsləndirib.

"Sabah proses başlayır. Ötən ildən etibarən həyata keçirilən sertifikasiya müəllimlərin səriştəsi əsasında seçimidir. Bu proses təhsildə əsas fiqur olan müəllimlərin inkişafına xidmət edir. Biz öyrətmək həvəsi yaradan müəllimləri seçirik", – deyə Vəfa Yaqublu qeyd edib.

O əlavə edib ki, sertifikasiyadan keçən müəllimlər həm yüksək əməkhaqqı ilə təmin olunacaq, həm də keyfiyyətli pedaqoji heyət formalaşacaq: "Artıq məktəblər yalnız təhsil səviyyəsinə görə deyil, həm də dərsdənkənar fəaliyyətə görə fərqlənəcək".

Избранный
19
teleqraf.com

1Источники