İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 70-ci Büro və 65-ci Daimi Komitəsininiclasları keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Azərbaycan Milli Məclisinin spikeri və QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Keçirilən müzakirələrdə QDİƏTPA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilatı məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31