RU

Yeni kredit proqramı kənd təsərrüfatı və alternativ enerji layihələrinə üstünlük verir

PAŞA Bank mikro-maliyyələşdirmə sahəsində fəaliyyət göstərən təşkilatlara dəstək məqsədilə yeni kredit proqramını istifadəyə verib. Proqram çərçivəsində bank, Bank Olmayan Kredit Təşkilatları, Kredit İttifaqları və Lizinq Şirkətlərinə maliyyə resurslarının artırılması imkanı yaradır.

Yeni proqramın şərtlərinə əsasən, təşkilatın ən azı son iki ilə dair beynəlxalq audit hesabatları olmalı, kapital-aktiv nisbəti 25 faizdən aşağı olmamalıdır. Eyni zamanda, PAŞA Banka qarşı öhdəliklərin 2 milyon manatı və ya təşkilat kapitalının iki mislini aşmaması əsas tələblər sırasındadır.

Kredit proqramı kənd təsərrüfatı, alternativ enerji, yerli istehsal, kiçik sahibkarlıq və bələdiyyə xidmətləri sahəsində layihələrə üstünlük verir. Bankın bu təşəbbüsü, ölkədə sahibkarlığın inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Ətraflı məlumat üçün: //www.pashabank.az/kredit_manat_dollar_euro_corporate_loans,517/lang,az/

Fuad Mədətov
Finss.az

Избранный
8
fins.az

1Источники