BAKI, 17 iyun. TELEQRAF
2025-ci ilin yanvar-may aylarında mobil operatorlar 490,3 milyon manat gəlir əldə ediblər.
Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,3 faiz artaraq 1416,9 milyon manat təşkil edib ki, onun da 74,3 faizi əhali tərəfindən istehlak olunmuşdur. Xidmətlərdən əldə edilən gəlirin 34,6 faizi və ya 490,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.