RU

Azərbaycan millisi Fransaya qalib gəldi - FOTOLAR

BAKI. 17 iyun. TELEQRAF

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3x3 unified (inklüziv birləşmiş idman) basketbol komandası İsveçrənin Mi şəhərində keçirilmiş 3x3 beynəlxalq turnirdə qələbələr qazanıb.

Komitənin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ilk yarış günündə yoxlama oyunları keçirilib.

Bu oyunların nəticələrinə əsasən Azərbaycan A qrupunda yer alıb.

Milli komanda ilk görüşündə Fransaya 8:2 hesabı ilə qalib gəlib. Ardından Niderlandı 5:3, Finlandiyanı 5:4 hesabı ilə yenən Azərbaycan yığması qrupun qalibi olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası mübarizə aparıb.

Избранный
3
teleqraf.com

1Источники