RU

Haylar çeşidli uydurmaları bizim üzərimizə yönəltməyə çalışırlar- ÖZƏL

"Sosial şəbəkədə İsrail-İran qarşıdurması haqda  hayların mövqelərini izləyirəm. Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var və  ikinci Qarabağ savaşı zamanı Artsrun Hovannisyanın  "taktiki geriçəkilmə"sindən  betər sarsaqlamalarla doludur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İkinci diqqətimi çəkən məhz Nikol Paşinyana yaxın teleqram kanallarının Rusiyada bəlli strukturlara bağlı informasiya resurslarıyla sinxron çalışmaları, Azərbaycana qarşı birgə hibrid həmlə təşkil etmək cəhdləridir. Onlar  yenildiyi göz deşən tərəfin qəzəbini çeşidli uydurmalarla bizim üzərimizə yönəltməyə çalışırlar. 
Belədə sual yaranır ki, görəsən qərbdəkilər nə düşünürlər, əgər Ermənistan doğrudan da Rusiya ilə yollarını ayırıbsa və orada dedikləri kimi Azərbaycanla əlaqələri yoluna qoymaq istəyirlərsə, bəs  nədən hətta Paşinyana yaxın teleqram kanalları da məqsədlərinin imperiyanın bərpası olduğunu gizlətməyənlərlə çiyin-çiyinə hərəkət edirlər? Yoxsa elə qərbdəkilərin də bəziləri bunda  maraqlıdırlar?
Sosial şəbəkənin hay seqmentində onların  köhnə tanışlarından olan  təzə havadarları Hindistanın İsraili dəstəkləməsinin çox qabarıq görünməsə də məyusluq doğurdu da sezilir. Demək ki, bu savaş hayların  Hindistan-İran-Ermənistan üçlüyünə bəslədikləri ümidin də üstündən arzulandığı qədər qalın olmasa da, hər halda xətt çəkdi.
Ancaq bu xəttin getdikcə qalınlaşacağı da göz  önündədir. Və vurulan obyektlərin siyahısına, verilən bəzi açıqlamalara  diqqət yetirəndə apaydın görünür ki, aparılan savaşda məqsəd təkcə İranın nüvə proqramını, yaxud da raket cəbbəxanasını ləğv etmək deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники