Belədə sual yaranır ki, görəsən qərbdəkilər nə düşünürlər, əgər Ermənistan doğrudan da Rusiya ilə yollarını ayırıbsa və orada dedikləri kimi Azərbaycanla əlaqələri yoluna qoymaq istəyirlərsə, bəs nədən hətta Paşinyana yaxın teleqram kanalları da məqsədlərinin imperiyanın bərpası olduğunu gizlətməyənlərlə çiyin-çiyinə hərəkət edirlər? Yoxsa elə qərbdəkilərin də bəziləri bunda maraqlıdırlar?
Sosial şəbəkənin hay seqmentində onların köhnə tanışlarından olan təzə havadarları Hindistanın İsraili dəstəkləməsinin çox qabarıq görünməsə də məyusluq doğurdu da sezilir. Demək ki, bu savaş hayların Hindistan-İran-Ermənistan üçlüyünə bəslədikləri ümidin də üstündən arzulandığı qədər qalın olmasa da, hər halda xətt çəkdi.
Ancaq bu xəttin getdikcə qalınlaşacağı da göz önündədir. Və vurulan obyektlərin siyahısına, verilən bəzi açıqlamalara diqqət yetirəndə apaydın görünür ki, aparılan savaşda məqsəd təkcə İranın nüvə proqramını, yaxud da raket cəbbəxanasını ləğv etmək deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31