RU

ABŞ lideri İrandan qeyd-şərtsiz təslim olmasını tələb etdi

BAKI, 17 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyini məhv etmək planının olmadığını deyib, lakin onun “şərtsiz təslim olmasını” tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri özünün "Truth Social" şəbəkəsində yazıb:

"Biz qondarma Ali Liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin orada təhlükəsizdir. Biz onu məhv etmək fikrində deyilik, heç olmasa, hələ ki, yox. Lakin biz mülki şəxslərə və ya Amerika əsgərlərinə raketlərin atılmasını istəmirik. Səbrimiz tükənir. Qeyd-şərtsiz təslim olun!" - Tramp bildirib.

BAKI, 17 iyun. TELEQRAF

Избранный
38
1
teleqraf.com

10Источники