Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub.
Dünya çempionatı
Kişilər
90 kq
Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib və məğlubiyyətə üzülüb.
İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Hacıyev bürünc medal uğrunda Kristofer Kalyulaydla (Estoniya) mübarizə aparıb. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci medalı olub.
Qeyd edək ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.
Cüdoçularımızdan dünya çempionatında uğursuz start
Rəşid Məmmədəliyevdən uğurlu start
Hidayət Heydərov ilk görüşdə mübarizəni dayandırıb
Olimpiya çempionumuz mübarizəyə başlayır
Cüdoçularımızın Xorvatiyadakı təlim-məşq toplanışı başa çatıb - FOTO