RU

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunanbeynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan GürcüstanAli Məhkəməsinin sədri Nino Kadagidzenin başçılıq etdiyi nümayəndəheyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin vəMəhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan-Gürcüstanarasında münasibətlərə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrininbütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə ətraflıməlumat verən sədr Ali Məhkəmənin vahid məhkəmə təcrübəsininformalaşdırılması istiqamətində gördüyü işləri diqqətəçatdırıb.

Həmçinin məhkəmə sahəsində əməkdaşlığın qarşılıqlı səfərlər vətəcrübə mübadiləsi nəticəsində daha da möhkəmləndiyi vurğulanıb,yeni əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Qeyd edilib ki,qloballaşan dünyada qarşıya çıxan yeni çağırışlar və tələblərəuyğun olaraq, məhkəmələrdə innovativ texnologiyaların tətbiqi, eynizamanda, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığınınartırılması əsas prioritetlərdəndir.

Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndəheyətinin rəhbəri Nino Kadagidze ikitərəfli əlaqələri yüksəkqiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqətyetirildiyini bildirib. İyunun 18-də Bakıda keçiriləcək “Məhkəməidarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda konfransınhüquq ictimaiyyəti üçün əhəmiyyətini xüsusi vurğulayan qonaq, busəfərin qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə töhfəverəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafındamüzakirələr aparılıb.

Избранный
17
11
az.trend.az

10Источники