RU

"Qarabağ" braziliyalı futbolçu transfer etdi -RƏSMİ

"Qarabağ" yeni transferini elan edib.

Fanat.Az xəbər verir ki, ağdamlılar müdafiəçi Dani Boltu sıralarına qatıb.

25 yaşlı braziliyalı 3+1 illik müqaviləyə imza atıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. O, bu komandanın formasını 2024-2025-ci illər aralığında geyinib. Bolt daha öncə ölkəsində yetirməsi olduğu “Fluminense”, “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”da oynayıb.

Избранный
30
fanat.az

1Источники