UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah"ın rəqibi Sloveniyanın "Çelye" klubu ikinci Liqa təmsilçisindən futbolçu alıb.

Offsideplus.az xəbər verir ki, komandanın heyətinə ötən mövsüm Sloveniya çempionatının ikinci liqasında gümüş medal qazanmış "Triqlav"ın oyunçusu İviça Vidoçiv cəlb olunub.

23 yaşlı hücumameylli yarımmüdafiəçi Xorvatiya futbol məktəbinin yetirməsidir. O, vaxtilə Xorvatiya U-16 yığmasının da şərəfini qoruyub.

"Çelye" bu gündən etibarən hazırlıqlara başlayıb.

Qeyd edək ki, "Sabah" - "Çelye" görüşü 10 iyulda Bakıda keçiriləcək. Cavab matçı iyulun 17-nə təyin olunub.