RU

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

İsrail-İran münaqişəsinin davam etməsi ilə əlaqədar olaraq, ABŞ səfirliyi Amerika vətəndaşlarına yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edir.

Bizim.Media xəbər verir ki, xüsusilə, nümayişlərdən və böyük toplaşmalardan uzaq durmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək tövsiyə olunur.

“Məsələn, İrana aid obyektlərdən – o cümlədən İrəvandakı İran səfirliyi, Sünikdəki İran konsulluğu, İran Ticarət Mərkəzi və Göy Məscid kimi yerlərdən uzaq durun”, – deyə məlumatda bildirilir.

Bizim.Media

Избранный
38
bizim.media

1Источники