RU

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə 2018-ci ildən ardıcıl olaraq icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüd artımları da həyata keçirilib.


Məlumata görə, artımların əsasən şamil olunduğu kateqoriyalar da şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır.

Həmin kateqoriyalardan olanlara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə artımların edilməsi, son illər həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.

Qeyd edilib ki, müavinət və təqaüdlərində yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artımla alacaqlar.

Bildirilib ki, ümumilikdə 2018-2025-ci illərdə müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artıb. Həmin dövrdə minimum pensiyada da 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə artım baş verib. Pensiya ödənişlərinə hər il ayrılan vəsait 2025-ci il üçün 7,2 milyard manatı ötüb ki, bu da 2018-ci ilə nisbətən iki dəfə çoxdur.

Bizim.Media

Избранный
32
8
bizim.media

10Источники