RU

"Bavariya" onu “Dinamo”ya satdı

Almaniyanın “Bavariya” klubu hücumçu Qabriel Vidoviç karyerasını Zaqreb “Dinamo”sunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Xorvatiya klubu 21 yaşlı futbolçunun transfer hüquqlarını Münhen klubundan alıb.

Vidoviç 2016-cı ildən “Bavariya”nın müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib. O, əsas komandada 8 matçda iştirak edib. Həmçinin, 2022-ci ildən etibarən Xorvatiya yığmasının U-21 komandasında 8 oyun keçirib.

Qeyd edək ki, “Bavariya” 2024/25 mövsümünü baş məşqçi Vensan Kompani rəhbərliyi altında 82 xal toplayaraq Bundesliqa çempionu kimi başa vurub. “Dinamo” isə milli çempionatı 36 matçda 65 xalla ikinci pillədə tamamlayıb.

Избранный
25
90deqiqe.az

1Источники