RU

Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

SİA-nın məlumatına görə, Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, bu istiqamətdə son illərdə reallaşdırılan yeniliklərin əhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğı hazırda da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səhiyyə sistemində həyata keçirilən məqsədyönlüislahatlar vəqoyulan genişmiqyaslı investisiyalar sayəsində bu sahə müasir standartlara uyğun olaraq daim təkmilləşdirilir, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə vətəndaşlarının sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması,əhalinin həssas təbəqələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.

Ölkəmizdə əhalinin yüksək səviyyəli tibbi xidmətlə təmin olunması istiqamətində Mərkəzi Gömrük Hospitalının kollektivinin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Избранный
34
2
sia.az

3Источники