RU

Meqan Markldan saxta hamiləlik iddialarına cavab (VİDEO)

Düşes Meqan Markl xəstəxanada doğumdan əvvəlki videosunda saxta qarnının olması ilə bağlı yayılan şayiələri təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Markl dedi-qodulara cavab olaraq, "Bu, dörd il əvvəl idi. Bütün səs-küy və insanların danışdıqları uydurma hekayələr arasında, pərdə arxasında baş verən real, həqiqi, əyləncəli bir həyat var" deyib. 

Xatırladaq ki, Meqan Marklın sosial şəbəkələrdə yayılmış doğuşdan əvvəlki videosunda qarın forması müzakirələrə səbəb olmuş, onun saxta hamiləlik keçirdiyi iddia edilmişdi. 

Избранный
19
1
unikal.az

2Источники