RU

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

"Qarabağ" heyətini yeni transferlə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Dani Boltla razılaşıb. 25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
 

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib.


2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
36
49
bizim.media

10Источники