RU

KİV: İran ABŞ bazalarına zərbə endirmək üçün raketləri hazır vəziyyətə gətirib

BAKI, 18 iyun. TELEQRAF

Tehran, Vaşinqton İsrailin İrana qarşı döyüş əməliyyatlarına qoşulacağı təqdirdə, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İran raketləri hazır vəziyyətə gətirib və ilk növbədə ABŞ-nin İraqdakı bazalarına hücum etmək niyyətindədir.

“Tehran ABŞ-nin ərəb ölkələrində yerləşən istənilən bazasına zərbələr endirməyə hazır olacaq. İran Hörmüz boğazını minalamağa cəhd edə, beləliklə ABŞ-nin Fars körfəzindəki hərbi gəmilərini sıxışdıra bilər”, - nəşrin mənbələri əlavə edib.

Amerikalı rəsmilər etiraf ediblər ki, İranın ABŞ bazalarına hücum etmək üçün uzun hazırlığa ehtiyacı olmayacaq.

“Yaxın Şərqdəki ABŞ hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, bu regionda ümumilikdə 40 mindən çox amerikalı hərbçi var”, - qəzet yazır.

Избранный
61
4
teleqraf.com

10Источники