RU

Dünya çempionatı: "River Pleyt" inamlı qələbə qazandı

BAKI. 18 iyun. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha bir oyun başa çatıb.

Teleqraf xəbər verir ki, E qrupunun ilk görüşündə Argentinanın "River Pleyt" və Yaponiyanın "Urava Red Diamonds" komandaları üz-üzə gəlib.

Sietl şəhərinin "Lümen Fild" stadionunda baş tutmuş qarşılaşmada "River Pleyt" 3:1 hesablı qələbə qazanıb.

Fakundo Kolidio 12-ci, Sebastyan Driussi 48-ci, Maksimilyano Mesa 73-cü dəqiqədə Argentina komandasının qollarını vurub.

Yaponiya təmsilçisindən isə Yusuke Matsuo 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Gecə saat 2-də başlanacaq qrupun digər oyununda Meksikanın "Monterrey" və İtaliyanın "İnter" komandaları qarşılaşacaq

Избранный
35
teleqraf.com

1Источники