RU

“Muğam aləmi” VII-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib -Video

İyunun 7-də Heydər Əliyev Sarayında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutub.

Musavat.com bildirir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən açılış mərasimi “Bayatı” konsert-tamaşası ilə reallaşıb.

Festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edir.

Qeyd edək ki, 17–22 iyun tarixlərində keçiriləcək “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Ağdamda təşkil olunacaq.

 

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

 

Избранный
22
2
musavat.com

5Источники