Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən piyadalar - Xalidə İbadulla qızı Cabbarovanı və Yeganə Ağacan qızı Əmrahovanı vurub.
Xalidə Cabbarova aldığı xəsarətlərdən hədisə yerində keçinib.