RU

Kəngərli kəndinin 13 yaşlı sakini: Ağdamda qalıb həkim işləmək istəyirəm

“Orta və ali təhsilimi işğaldan azad edilən ərazilərdə davam etdirəcəyəm. Ağdamda qalıb həkim işləmək istəyirəm”.

“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan 13 yaşlı keçmiş məcburi köçkün Zeynəb Abbasova söyləyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağı işğaldan azad edilən bütün torpaqlarda dalğalanır:

“Ailə üzvlərimlə birgə evimizə qayıtdığım üçün çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Ordumuza təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Избранный
17
1
report.az

2Источники