RU

Dünya çempionatı: Daha bir cüdoçumuz bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan Azərbaycanın digər cüdoçusu - Vüqar Talıbov (90 kq) 1/32 finalda gürcüstanlı Luka Maysuradzeyə uduzaraq yarışı mükafatsız başa vurub.

Избранный
18
11
cbcsport.az

10Источники