Azərbaycanlı referi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının seçmə mərhələsində Gürcüstan – Portuqaliya oyununu idarə edib.
Futbolpress.az xəbər verir ki, matç portuqalların qələbəsiylə başa çatıb – 4:0.
Məsiyev bu matçda Gürcüstan millisinin futbolçusu Odişariaya qırmızı vərəqə göstərib. FIFA referisi bundan əlavə, gürcülərin 3, portuqalların isə 2 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.