RU

UEFA Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək "Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.

"Cebheinfo.az" 

Избранный
5
21
cebheinfo.az

10Источники