RU

Azərbaycan–Şimali Makedoniya enerji əməkdaşlığı müzakirəsi

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan tərəfindən Avropa İttifaqı və üzv ölkələrlə həyata keçirilən enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, “yaşıl enerji dəhliz”ləri və bərpaolunan enerji mənbələrinin inkişafı barədə məlumat verilib.

XQ

Избранный
7
7
xalqqazeti.az

9Источники