RU

Azərbaycan parataekvondoçuları Türkiyədə təlim-məşq toplanışına başlayıb

Azərbaycan parataekvondoçuları Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışına başlayıb.

"Report" Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərdən ibarət komanda iyunun 28-dək qardaş ölkənin millisi ilə ilə birgə təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və qadın parataekvondoçumuz Səmayə Həsənova iştirak edir.

Избранный
23
7
report.az

8Источники