RU

Ombudsmanların Beynəlxalq Simpoziumu öz işinə başlayıb

Bakı . Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) təşəbbüsü ilə Bakışəhərində “Konstitusiya vəSuverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsanHüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi:ombudsmanların və milli insan hüquqları institutlarının rolu”mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu öz işinəbaşlayıb.

Trend xəbərverir ki, tədbirdə 15-dək ölkədən ombudsman və milli insanhüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlətorqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalqtəşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri,həmçinin insan hüquqları sahəsindətəcrübəli ekspertlər iştirakedirlər.

Simpoziumda ombudsmanların və milli insan hüquqlarıinstitutlarının konstitusion hüquqların təmin edilməsi sahəsindəfəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbəttəcrübələr və çətinliklərvə qaçqınların hüquqlarının müdafiəsisahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbəttəcrübələr mövzularında panel sessiyalar təşkil olunacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
26
4
az.trend.az

6Источники