RU

"Araz-Naxçıvan" hazırlığa yeni transferlə başladı - FOTOLAR

BAKI, 18 iyun. TELEQRAF

“Araz-Naxçıvan” 2025/2026 mövsümünün hazırlığına yerli futbolçularla start verib.

Naxçıvan təmsilçisindən Teleqraf-a verilən məlumata görə, legionerlərdən yalnız yeni transfer Simakala Ba-Muaka komandanın düşərgəsindədir.

Digər futbolçular yaxın günlərdə məşqlərə qoşulacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın rəqibi bu gün püşkatmada müüəyyənləşəcək.

Избранный
22
teleqraf.com

1Источники