RU

Azərbaycan işğalçılıq siyasətinin fəsadlarından hələ də əziyyət çəkir

"Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkir".

Publika.az xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" və 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.

"Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resursların talan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimiz fəaliyyətixüsusi vurğulamaq istərdim. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Sülh, ədalət və səmərəli institutlar” adlı 16-cı məqsədində qanunun aliliyinin təmin edilməsi, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi əsas hədəflər sırasında yer alır" - Səbinə Əliyeva bildirib.

O vurğulayıb ki, qeyd olunan kontekstdə ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyəti olduqca əhəmiyyətlidir.

Избранный
8
6
publika.az

10Источники