RU

Karateçilərimiz Kişineuda 6 medal qazanıblar

Azərbaycan karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində 6 medal qazanıblar. Deflimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, turnirdə 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla, ümumilikdə 16 nəfər ölkəmizi təmsil edib.

287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli idmançılar 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. Elnur Qasımzadə (67 kq) qızıl, Hikmət Ağayev (60 kq), Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli, Elmin Hüseynli (hər ikisi 84 kq) isə bürünc medal qazanıblar. İdmançılar baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında mübarizə aparıblar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində fəaliyyət göstərir.

M.HACIXANLI
XQ

 

Избранный
18
9
xalqqazeti.az

10Источники