RU

Abşeron və Səbail rayonlarında oğurluq edən və avtomobil qaçıran 2 nəfər saxlanılıb

Bakı. Trend:

İyunun 16-da gecə saatlarında Səbail rayonu ərazisində yerləşən2 evdən mobil telefon, 400 manat dəyərində qızıl-zinət əşyaları və50 manat pul vəsaiti oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərləoğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Bağırovmüəyyən olunaraq saxlanılıb.

Abşeron rayonu ərazisində isə bir nəfərə məxsus “Hyundai”markalı avtomobili qaçırmaqda şübhəli bilinən 25 yaşlı A.İbrahimovda avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Избранный
64
6
az.trend.az

7Источники