RU

Prezident İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır

Bakı. Trend:

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaqhüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın vəinsan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyevin "Qanunun aliliyiningücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıtəsisatlarının rolu" mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunun iştirakçılarına müraciətində yer alıb.

“Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınlarınhüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələkeçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistanərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etniktəmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardansonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış,bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, ocümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir.Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsizqayıdışının təmin olunmasını tələb edir”, - deyə müraciətdəbildirilib.

Избранный
8
48
az.trend.az

10Источники