Bakı, 18 iyun, AZƏRTAC
Ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib. İnsan hüquqlarının qorunması uğurla həyata keçirilən prosesdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.
O bildirib ki, insan hüquqlarının qorunması Azərbaycan dövlətinin öz qarşısına qoyduğu, uğurla həyata keçirdiyi ən önəmli vəzifələrdən biridir.