RU

Universitet çöküşü belə olur ADNSU tənqid olundu

Pravda.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın Ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Times Higher Education İmpact Ranking 2025 cədvəlində 1500+ yerdə qərarlaşıb.

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında sabiq deputat Etibar Əliyev paylaşım edib.

O, ADNSU-nun bu pillədə qərarlaşmasını belə şərh edib:

“Universitet çöküşü belə olur. Təhsil menecerləri təhsilimizin axırına çıxacaqlar. Lənkəran Dövlət Universiteti, Aqrar Universitet və Mingəçevir Dövlət Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən irəlidədir…”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
pravda.az

2Источники