Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin may ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz azalaraq, 22 milyon 1 min 12 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 115 milyon 841 min 40 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.