RU

Duda ABŞ-ın Polşadakı hərbi mövcudluğunu azaltmaq planlarından danışıb

Polşa Prezidenti Andjey Duda bildirib ki, ABŞ-ın Polşadakı hərbi mövcudluğunu məhdudlaşdırmaq planları ilə bağlı hər hansı məlumata malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Mənim əlimdə ABŞ-ın Polşadakı hərbi mövcudluğunu azaltmaq niyyətində olduğuna dair heç bir məlumat yoxdur”, – deyə Duda vurğulayıb.

2023-cü ildə Andjey Duda bəyan etmişdi ki, Polşa ərazisində təxminən 10 min amerikalı hərbçi yerləşir. Hazırda respublikada nə qədər Amerika hərbçisinin olması barədə dəqiq məlumat verilmir.

Избранный
15
nocomment.az

1Источники