RU

Ermənistandan Gürcüstana 300 kiloqrama yaxın heroin keçirilməsinin qarşısı alınıb

Gürcüstan hüquq-mühafizə orqanları miqyasına görə misli görünməmiş beynəlxalq narkotrafik faktını üzə çıxarıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, müxtəlif dövlət qurumlarının iştirakı ilə həyata keçirilən birgə əməliyyat nəticəsində 298 kiloqram heroin aşkarlanaraq müsadirə olunub.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin bildirdiyinə görə, aşkarlanmış narkotik vasitənin qara bazardakı dəyəri təxminən 85 milyon lari (30 milyon ABŞ dolları) təşkil edir.

Araşdırma zamanı məlum olub ki, heroin Ermənistandan Gürcüstana “Ququti” gömrük keçid məntəqəsi vasitəsilə gətirilib. Narkotik vasitə yanğına davamlı kərpic adı altında yük maşınının qoşqusunda gizlədilərək Batumi üzərindən Avropa ölkələrinə daşınmalı imiş.

Gömrük rəsmiləşdirmə zonasında yükə baxış zamanı plastik materialdan hazırlanmış və kərpicə bənzəyən 600 konteyner aşkarlanıb. Bu konteynerlərdə heroinin gizlədildiyi müəyyən edilib.

Избранный
25
6
aznews.az

8Источники