RU

Tramp Netanyahu ilə söhbətində İrana qarşı əməliyyatın davam etdiriləcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində yəhudi dövlətinin İrana qarşı hərbi əməliyyatının davam etdiriləcəyini təsdiqləyib.

"Report" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərə bildirib.

"Mən ona dedim: "Davam edin", - Tramp Netanyahu ilə iyunun 17-də baş tutan söhbətini şərh edib.

Bundan əlavə, Amerika lideri İrana qarşı döyüş əməliyyatlarının yaxın günlərdə aktivləşə biləcəyi barədə xəbərdarlıq kimi şərh oluna biləcək açıqlama verib.

"Növbəti həftə çox əhəmiyyətli olacaq. Bəlkə də bir həftədən az. Bəlkə də daha az", - Tramp təfərrüatlara varmadan xəbərdarlıq edib.

Избранный
28
8
report.az

9Источники