RU

Sabahdan sertifikatlaşdırma prosesi üzrə apellyasiya müraciətlərinə başlanılır

Bakı.Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanımərhələsinin ilk günü yekunlaşıb

Trend xəbər verirki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzindətəşkil edilib.

Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyətqeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərinsertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsininapellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-danetibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayətiolan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma”bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12-a qədər davamedəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elanediləcək.

Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzən ayrı-ayrı sosialmedia platformalarında təhsilverənlərin sertifikatlaşdırılmasıprosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasındaçaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlarpaylaşılır.

Bildirmək istərdik ki, bu kimi informasiyalar prosesinşəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıyır. Bütünictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə vətəhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılanbu mühüm islahata dəstək olmağa çağırırıq.

Избранный
35
11
az.trend.az

10Источники