RU

Samuxda əkin sahəsində 55 yaşlı kişinin meyiti tapılıb

Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
12
5
poliqon.info

9Источники