RU

Qvardiola Qrilişin gələcəyi ilə bağlı nə danışdı?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ingilis yarımmüdafiəçi Cek Qrilişin komandadakı gələcəyi barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Footmercato" belə çatdırıb:

"Cek fərqli futbolçudur və o, oynamalıdır. Son iki mövsümdə çox oynamayıb. Yenidən formaya düşmək üçün meydanda daha çox olmalıdır. Üçgündənbir keçirilən matçlar Qrilişə stress yaşatmışdı. Dönüş nöqtəsi tapmalı, özünü isbatlamalıdır". 

Qeyd edək ki, daha öncə İngiltərə nəhənginin "Aston Villa"dan 117 milyon avroya aldığı Qrilişi 50 milyon avroya satmaq istədiyi bildirilib. Qvardiola onu klublararası dünya çempionatına aparmayıb.

Nihat

Избранный
12
1
fanat.az

2Источники