RU

Pulu şəhərin müxtəlif yerlərində gizlədir


ABŞ-ın Nyu Cersi ştatından olan 42 yaşlı anbar müdiri ictimai yerlərdə nağd pul gizlətməsi sayəsində sosial media ulduzuna çevrilib. Onun izləyiciləri 500 dollara qədər “xəzinə” axtarırlar.

Sfera.az bildirir ki, sosial şəbəkələrdə Mr. Cash Drop kimi tanınan 42 yaşlı logistik Sem Nyu Cersi ştatının müxtəlif yerlərində müntəzəm olaraq nağd pulu gizlədir. O, gizli pullarla bağlı ipucları olan videolar yerləşdirir, sonra isə izləyicilərinin “xəzinə” axtarmasını izləyir.

"Mən sadəcə olaraq müxtəlif yerlərdə nağd pul gizlədirəm, ipucları olan videolar yerləşdirirəm və izləyicilərimin pulu tapmasını gözləyirəm" - deyən Sem pul çeklərini çimərlik hasarlarına yapışdırır, şəhərətrafı ərazilərdə qayaların altında gizlədir və ya kolluqlarda qoyur.

Xeyriyyəçilik 

Sam və həyat yoldaşı Trina xeyriyyə işlərinə martın sonlarında, əyalət daxilində təsadüfi şəhərlər və ərazilər seçərək başlayıblar. Vəsaitin çox hissəsini yerli bizneslər - pet mağazalar, pizza yerləri və digər bizneslər onun profillərindəki reklamlar müqabilində təmin edir.

Ayda 4,99 dollar ödəməklə “İnstagram” hesabının premium abunəçiləri ən bahalı “xəzinələrə” - 500 dollarlıq əskinaslara eksklüziv giriş əldə edirlər. Daimi abunəçilər pulsuz axtarışlarda iştirak edə bilərlər.

Qaliblərin hekayələri


7 aylıq körpə valideynləri olan Kassi və Ceyms pulun yaxınlıqda gizləndiyini görəndə dərhal Liberty Dövlət Parkına gediblər. Digər iştirakçılarla yarışdıqdan sonra Ceyms çay kənarındakı hasarın dibinə yapışdırılmış 500 dollar tapıb.

"Mən sevincdən qışqırmağa hazır idim, amma ərim təmkinli olmaq istəyirdi"-deyə Kassi gülür.

Gənc valideynlər qazandıqları pulları övladlarının gələcəyi üçün bir kənara qoyurlar.


Mütəxəssislər bu cür oyunların populyarlığını amerikalıların inflyasiya və yaşayış səviyyəsinin yüksək olması səbəbindən iqtisadi çətinlikləri ilə əlaqələndirirlər. 

“İnsanlar qalib gələndə çox sevinirlər. Bunun mənə nə qədər kömək etdiyini bilmirsiniz" - deyə Sam paylaşır.

Kişi insanlara sevinc bəxş etdikcə fəaliyyətini davam etdirməyi planlaşdırır.


 

Избранный
12
2
news24.az

3Источники