RU

Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz - Putin

Bakı. Trend:

“Rusiya təmaslardan imtina etmir və istənilən məsələdə, ocümlədən Ukrayna məsələsi üzrə danışıqlara həmişə açıqdır”.

Trend xəbər verirki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcıinformasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı almaniyalıjurnalistin sualını cavablandırarkən deyib.

Rusiya dövlət başçısı qeyd edib ki, iki il əvvəl AlmaniyaKansleri Olaf Şolts və digər Avropa liderləri ilə fəal müntəzəmdanışıqlar aparılırdı. Putin bildirib ki, bu təmaslar elə Qərbtərəfdaşlarının təşəbbüsü ilə dayandırılıb. “Onlar özləri buəlaqələrə son qoyublar. Buyursunlar, bərpa etsinlər. Biz açığıq,bunu dəfələrlə demişəm”, – deyə Putin vurğulayıb.

Bununla yanaşı o, Almaniyanın Rusiya ilə Ukrayna arasındavasitəçi rolunu oynamaq qabiliyyətinə şübhə ilə yanaşdığınıbildirib. “Vasitəçi neytral mövqedə olmalıdır. Amma biz döyüşmeydanında alman tanklarını, “leopard”ları görəndə, üstəlik,Federativ Respublika artıq Rusiya ərazisinə hücumlar üçün “Taurus”raketlərinin tədarükünü nəzərdən keçirdiyi və buna Bundesverzabitlərinin də cəlb olunduğu bir vaxtda böyük suallar yaranır", –deyə o qeyd edib.

Putin əlavə edib ki, bu addımlar hərbi əməliyyatların gedişinətəsir göstərməyəcək, lakin “münasibətlərimizi tamamilə korlayacaq”.Onun sözlərinə görə, mövcud şəraitdə Almaniya Rusiya tərəfindənneytral tərəf kimi deyil, Ukraynanı dəstəkləyən, bəzən isədöyüşlərdə birbaşa iştirak edən tərəf kimi qəbul olunur.

Bununla belə, Rusiya istənilən təklifi müzakirə etməyə hazırdır:“Əgər bu mövzu ətrafında danışmaq istəyi varsa, hansısa ideyalartəqdim etməyə hər zaman hazırıq”, – deyə o yekunlaşdırıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Sankt-Peterburqdadünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə ənənəvigörüş keçirir. Görüşdə Azərbaycan, Belarus, Böyük Britaniya,Vyetnam, Almaniya, İndoneziya, İspaniya, Qazaxıstan, Çin, ABŞ,Türkiyə, Özbəkistan və Fransadan olan agentliklərin nümayəndələriiştirak edirlər.

Избранный
9
4
az.trend.az

10Источники