RU

Putin: Trampın ABŞ-Rusiya münasibətlərini bərpası niyyətinə hörmətlə yanaşıram

Prezident Donald Trampın müxtəlif sahələrdə ABŞ-Rusiya münasibətlərini bərpa etmək niyyəti böyük hörmətlə qarşılanır.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Biz prezident Trampla bir neçə dəfə telefonla danışmışıq. Onun Rusiya ilə bir çox - təhlükəsizlik, iqtisadi fəaliyyət sahələrində münasibətləri bərpa etmək niyyətinə böyük hörmətlə yanaşırıq", - Putin vurğulayıb.

Избранный
35
2
report.az

3Источники